Yaponiya Çindən yardım istədi

Yaponiya Çindən yardım istədi
İki ölkə Şimali Koreyanın nüvə proqramının ləğvi istiqamətində əməkdaşlıq edəcək

Yaponiya Çinin Koreya Xalq Demokratik Respublikasının nüvə proqramının dayandırılmasına yardım etməsini istəyir.

Yaponiya Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, bu barədə Taro Kano aprelin 15-də çinli həmkarı Van İ ilə görüşü zamanı bildirib.

“Mən istəyirəm ki, Yaponiya və Çin Şimali Koreyanın nüvə proqramının ləğvinin nəzarət edilən və dönməz xarakterli olması kimi ümumi məqsədə doğru irəliləmək üçün əməkdaşlığı genişləndirsinlər”, - deyə yapon nazir bildirib.

Van İ isə öz növbəsində ümid etdiyini bildirib ki, budəfəki görüş Yaponiya-Çin münasibətlərinin normal vəziyyətə düşməsi istiqamətində mühüm addım olacaq.

Aprelin 15-də Çinin xarici işlər nazirinin Yaponiyaya ikigünlük səfəri başlanıb. Həftənin birinci günü o Çinin nümayəndə heyətinin rəhbəri kimi son yeddi ildə ilk dəfə iki ölkə arasında keçiriləcək yüksək səviyyəli iqtisadi dialoqa qatılacaq, həmçinin Baş nazir Şinzo Abe ilə görüşəcək.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə