Azərbaycanda 37 cinayətkar saxlanıldı

Azərbaycanda 37 cinayətkar saxlanıldı
İki gün ərzində 44 cinayət faktının üstü açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 170 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Real TV-yə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 24 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə