Ərəb dövlətləri Bəşər Əsədə qarşı birləşdilər

Ərəb dövlətləri Bəşər Əsədə qarşı birləşdilər
Ərəb Dövlətləri Liqasında Suriya hökumətinə qarşı hərbi əməliyyatlar dəstəklənib

Ərəb Dövlətləri Liqasının sammiti Suriya hökumətini kimyəvi silahdan istifadə etməkdə günahlandırıb və beynəlxalq araşdırmanın keçirilməsini tələb edib.

Real TV “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyr çıxışında bildirib. Onun sözlərinə görə, Suriyada kimyəvi silahdan istifadə olunmasında birbaşa Əsəd rejimi günahkardır.

“Ərəb Dövlətləri Liqası Bəşər Əsəd rejiminin Suriya xalqına qarşı kimyəvi silah istifadə etməsini qəti şəkildə pisləyib. Bu sammitin qəbul etdiyi yekun bəyanatda əksini tapıb”, - deyə nazir bildirib.

Sammitdə keçirilən müzakirələr zamanı Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri Suriyaya qarşı hərbi əməliyyatın keçirilməsini dəstəkləyib. Öz növbəsində İraq, Əlcəzair və Tunis koalisiyanın Suriyanı bombalamasını pisləyib.

Qeyd edək ki, Ərəb Dövlətləri Liqasının sammiti Səudiyyə Ərəbistanının Dəhran şəhərində keçirilib.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə