OPEK Azərbaycan nefti ilə bağlı proqnoz verib

OPEK Azərbaycan nefti ilə bağlı proqnoz verib
Təşkilat əvvəlki hesabatda qeyd olunan proqnozu təkrarlayıb

OPEK 2018-ci ildə Azərbaycanda neft hasilatının ötən illə müqayisədə 0,03 milyon barrel/sutka azalacağını gözləyir.

Real TV xəbər verir ki, bu barədə təşkilatın aylıq hesabatında deyilir. Hesabata əsasən, bu il Azərbaycanda neft hasilatı orta hesabla sutkada 0,77 milyon barrel həcmində proqnozlaşdırılır. Bununla da, OPEK əvvəlki hesabatda qeyd olunan proqnozu dəyişməz saxlayıb:

Hesabatda deyilir ki, birinci rübün yekunları proqnozlardan daha yüksək oldu. Ona görə də proqnoz sutkada 37 min barrel artırıldı ki, bu da illik proqnozun 0,01 milyon barrel/sutka həcmində təkrar baxılmasına gətirib çıxardı.

OPEK-in dəyərləndirməsinə görə, yanvar ayında neft hasilatı dekabr ayı ilə müqayisədə 0,01 milyon barrel/sutka artıb və 0,75 milyon barrel/sutka təşkil edib. Bu göstərici 2017-ci ilin yanvar ayı ilə eyni olub.

Fevral ayında neft və kondensat tədarükü üzrə ilkin məlumatlar hasilatla eyni səviyyəni göstərir. 2017-ci ildə Azərbaycan neftinin tədarük həcmi sutkada 0,05 milyon barrel azalaraq 0,8 milyon barrel/sutka təşkil edib.

Real TV
 

Digər xəbərlər
Dünən
22 Aprel

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə