İştirak etdiyi müharibələrin sayını unudan azərbaycanlı (VİDEO)

İştirak etdiyi müharibələrin sayını unudan azərbaycanlı (VİDEO)
Fotojurnalist Rza Diqqətinin Real TV-yə eksklüziv müsahibəsi

Rza Diqqəti. Dünyanın ən məşhur fotojurnalisti sayılan həmvətənimiz 1952-ci ildə Təbrizdə, azərbaycanlı ailəsində doğulub. “Nathional Gegraphic”, “GEO” və digər dünyaca məşhur jurnalların fotoqrafı olan Rza bəy daha çox dünyanın qaynar nöqtələrindən, müharibə bölgələrindən fotoreportajlar hazırlayır.

Həmçinin dünyada daha çox aclıq və susuzluğun hökm sürdüyü ölkələr də Rza bəyin obyektivindən kənarda qalmayıb. 

Rza diqqəti fotoqraflıqla yanaşı xeyriyyəçiliklə də məşğul olur. Əsasını qoyduğun “Reza Visual Academy”  fondu Avropanın və dünyanın digər ərazilərinin qaçqın düşərgələrində böyüyən, maddi sıxıntı çəkən, çətin vəziyyətdə yaşayan uşaqlar üçün gəlir mənbəyi xarakteri daşıyır. 

İndiyə qədər dünyanın 100-dən artıq ölkəsində 250-dən çox sərgisi təşkil olunan Rza Diqqəti Azərbaycana olan dərin məhəbbətini də daim öz fəaliyyətində tərənnüm edir. Onun 2014-cü ildə işıq üzü görən “Məşəlin zərifliyi”, “Körpələr üzərində işgəncə” kitabları qanlı yanvar hadisələrinə və Qarabağ müharibəsinə həsr olunub.

Rza Diqqəti Real TV-yə eksklüziv müsahibə verib. Müsahibəyə videomaterialda baxa bilərsiniz.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə