3 ölkədən yeni Suriya həmləsi

3 ölkədən yeni Suriya həmləsi
BMT Təhlükəsizlik Şurasına təcili qanun layihəsi təqdim edildi

ABŞ, Böyük Britaniya və Fransa Suriyada həyata keçirildiyi iddia edilən kimyəvi silah hücumunun araşdırılması ilə bağlı hazırlanan qanun layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib.

Real TV xəbər verir ki, qanun layihəsində qeyd olunur ki, Suriyaya heç bir mane olmadan humanitar yardım edilsin, atəşkəs bərpa edilsin və Suriya hökuməti BMT-nin rəhbərliyi altında sülh danışıqlarında iştirak etsin.

Bundan başqa, qanun layihəsində kimyəvi silahlarla edilən hücumla bağlı müstəqil araşdırmaların aparılması bildirib.

Bundan əvvəl isə Rusiya Suriya üzrə qanun layihəsini BMT TŞ-yə təqdim edib. Rusiya tərəfləri Suriyaya qarşı aqressiv davranışlardan uzaq durmağa çağırıb. Lakin BMT TŞ qanun layihəsini qəbul etməyib.

Aprelin 14-də ABŞ prezidenti Donald Tramp Suriyada kimyəvi silahların hazırlandığı bildirilən obyektlərə raket zərbələrinin endirilməsi əmrini verib.

ABŞ-a Böyük Britaniya və Fransa döyüş gəmiləri də dəstək verib.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə