Bəşərə Əsəd lazımdırmı? (VİDEO)

Bəşərə Əsəd lazımdırmı? (VİDEO)
Arzu Nağıyev: “Suriyada ikinci bir şəxs də yoxdur ki, Əsədi əvəz etsin”

Dünyanın bütün nəzərləri yenə də Suriyaya yönəlib. Mövzu ilə əlaqədar politoloq Arzu Nağıyev Real TV-də yayımlanan “Aktual müsahibə” verilişinin qonağı olub və maraqlı məqamlara toxunub. Ekspert bildirib ki, Suriya Ərəb dövlətləri arasında ən çox maraq cəlb edən ölkələrdəndir.

“Suriyada baş verən hadisələr ümumiyyətlə ərəb dünyasında baş verən olaylaırn məntiqi davamıdır. “Böyük Orta Doğu” (Böyük Yaxın Şərq) adlanan layihə var. Burada Ərəb dövlətlərinin bölünməsi nəzərdə tutulub. Burada müxtəlif ölkələrin nüfuzunun artıb-azalması məsələsi də önəm daşıyır”, - deyə siyasi ekspert bildirib.

A.Nağıyev vurğulayıb ki, Suriya coğrafi mövqeyinə görə də, maraq doğuran bölgədir: “Suriya elə geosiyasi yerdə yerləşir ki, bu ərazinin dənizdən dənizə çıxış var. Bu bölgə müxtəlif müsəlman dininin cərəyanlarının toqquşduğu yerdir. Elə bu amildən də bir sıra dövlətlər, eyni zamanda hərbi bloklar çox məharətlə istifadə edirlər. Burada gələcəkdə təbii ehtiyatlardan istifadə məsələsi də var. Suriyada həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən bir sıra dövlətlərin maraqları toqquşur”.

Ekspert vurğulayıb ki, Suriya da Əfqanıstan kimi müharibələrin getdiyi qarışıq bölgəyə çevrilib:

“Əgər dünyada Əfqanıstan kimi qarışıq yer vardısa, indi həmin yer tək deyil. Dünyada ikinci Əfqanıstan yaranmaqdadır. Suriya ondan da betər dövlətə çevirilib. Bu proseslər dayanmayacaq. Bir sıra dövlətlər koalisiya yaradaraq çalışdılar ki, Suriyanın konstitutsiyasını bərpa etsinlər. İstədilər ki, rəhbər kimi yenidən kiminsə seçilməsinə nail olsunlar. Bununla da aydın göründü ki, nə Rusiya, nə Qərb Bəşər Əsədi dəyişdirmək fikirləri yoxdur. Çünki Suriyada ikinci bir şəxs də yoxdur ki, Əsədi əvəz etsin. Bu o deməkdir ki, yerdə qalan qüvvələrə nəzarət olsun. Bu nəzarətin olmaması ən böyük prosesdir. Ümumiyyətlə Əsədin hakimiyyətdən getməsi, Suriyada rejimin dəyişməsi demək deyil”.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə