Azərbaycana qar yağıb (VİDEO)

Azərbaycana qar yağıb (VİDEO)
Sabahdan hava tempraturu yüksələcək

Bu gecədən başlayaraq Azərbaycanın bəzi rayonlarına qar yağıb.

Real TV xəbər verir ki, Quba və Qusarın dağlıq ərazilərinə 48 santimetr qalınlığında qar düşüb. Havanın temperaturu mənfi 1-6 dərəcə arasında dəyişir. Yağıntı Qalaxudat, Qrız, Buduq, Zeyid və Xınalıq kəndlərində qeydə alınıb. Xınalığa düşən qarın hündürlüyü 55 santimetrə çatır. Bundan başqa, qar İsmayıllı rayonunun Qalacıq kəndinə də düşüb. Orada da qarın qalınlığı 50 santimetrə yaxındır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova Real TV-yə açıqlamasında bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində, dağlıq yerlərə qar yağıb. Bunun nəticəsində də yerdə qar örtüyü əmələ gəlib.

“Belə hava şəraiti bu gün də davam edəcək. Aprelin 16-dan etibarən Bakıda və bölgələrdə hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir”, - deyə Gülşad Məmmədova bildirib.

Hidrometeoloq əlavə edib ki, sabahdan hava tempraturu yüksələcək.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə