“Bəşər”in vicdanının səsi ... Müharibə başladı! (FOTO)

“Bəşər”in vicdanının səsi ... Müharibə başladı! (FOTO)
Suriyada keçirilən hərbi əməliyyat dünya ölkələri tərəfindən birmənalı qarşılanmayıb

ABŞ, Britaniya və Fransa Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox qanadlı raket və “hava-yer” raketi atıb.

Real  TV “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Açıqlamada iddia olunur ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin önəmli qismini hədəfə çatmadan məhv edib. Nazirlik qeyd edib ki, zərbələr ABŞ hərbi donanmasının Qırmızı dənizdəki iki gəmisindən, Aralıq dənizi akvatoriyasında taktiki aviasiya tərəfindən, eləcə Suriya ərazisindəki Ət Tanf rayonundan qalxan ABŞ-ın “B-1B” strateji bombardmançıları vasitəsilə endirilib.

Qeyd edək ki, Suriyada keçirilən hərbi əməliyyat dünya ölkələri tərəfindən birmənalı qarşılanmayıb. Türkiyə ilk olaraq keçirilən əməliyya münasibət bildirib. Türkiyə Xarici İşlər Nazirliyi bu əməliyyatı Bəşər-in vicdanının səsi adlandırıb. Rusiya isə Suriyaya endirilən zərbələri qınayıb və buna qarşı olduğunu açıqlayıb. İran da keçirilən əməliyyatı qeyri-qanuni adlandırıb və bu addımın dünyaya qarşı olduğunu bildirib.

Xatırladaq ki, bu gecə ABŞ, Fransa və Böyük Britaniya ilə birlikdə Suriyanı bombalayıblar.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə