Kanna niyə gedə bilmirik? (VİDEO)

Kanna niyə gedə bilmirik? (VİDEO)
Kanna göndəriləcək filmlərimiz yoxdur, ya o filmləri çəkə biləcək rejissorlarımız?

Hər il Fransda beynəlxaq Kann festivalı keçirilir. Azərbaycan kinorejissorlarından, aktyor və aktirsa heyəti üçün əlçatmaz bir festival. Bu festivala məzmun baxımından seçilmiş ən nüfuzlu filmlər qatılır. Sayca 71-ci dəfə baş tutacaq tədbirə ən məşhur rejissorların ekran işlərı təqdim olunur.

Bəs yerli filmlərimiz niyə bu cür festivallara qatıla bilmir?

Kanna göndəriləcək filmlərimiz yoxdur, ya o filmləri çəkə biləcək rejissorlarımız?

Bu gün Azərbaycan tamaşaçısına kinoteatrlarda səviyyəcə aşağı xeyli film təklif olunur. Belə filmlər isə tamaşaçını yalnız güldürə bilir, ona bundan artıq heç nə vermir.

Hərbi vətənprəvərlik mövzusunda yerli filmlərə rast gəlmək də çətindir.

Çox uzağa getməyək  qonşu Rusiya və Türkiyədə kino sənəti artıq özünün kulminasiya nöqtəsindədir. Bu ölkələrin kinemotoqrafiyasında istənilən janrda film çəkilir. Məsələn, Türkiyədə istehsal edilən çoxsaylı film və seriallarla kino şirkətləri, rejissorlar tarixən döyüşkən və məğlubedliməz olduqlarını  böyüyən nəsilə göstərə bilirlər.

Bir  sözlə pulu kim verirsə, oyun  havasını da o sifariş edir. Belə olanda isə kinolarımızın səsi yalnız kinoteatrlardan gəlir, Kanndan yox.

Real TV

Digər xəbərlər
Dünən
20 İyun

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə