Günə ad qoyan insan (VİDEO)

Günə ad qoyan insan (VİDEO)
Ad günün mübarək Qurbanov!

Futbolumuzda elə şəxsiyyətlər var ki, onların ad günündən çox, ad qoyduğu günlər xatırlanır. Əminəm ki, insanlar Qarabağın Avropa və Çempionlar Liqasına vəsiqə qazandığı tarixi Qurban Qurbanovun doğum günündən daha yaxşı xatırlayırlar.

46 il əvvəl doğulanda ağlayan Qurbanov ölkə çempionu olanda, Avropa Liqasına vəsiqə qazananda, Çempionlar liqasının qrupuna adlayanda da ağlamışdı. İnsan sevincdən ağladığı gün doğulur. Sadəcə anadan yox. Çəkdiyi zəhmətdən, yuxusuz gecələrindən, intizamından, məsuliyyətindən, özündən doğulur. Onda anlayırsan ki, 24 saat davam edən və doğmalarından savayı heç kimə maraqlı olmayan ad günün ad qoyduğun günlərin yanında tez-tez baxdığın saatdan başqa bir şey deyil.

Başa düşürsən ki, 13-lüyünü başına qaxınc etdiyin təqvimin də heç bir günahı yoxdu. Qurban Qurbanov kimi 13 apreldə doğulub, səbr etməklə, bütün tək səbir gətirənlərə sağlam olun demək olar.

Qurbanovun uğurlarını tək-tək sadalayıb təqvimdarlıq etmək niyyətim yoxdu. Ondan yaxşı mənada, futbolda uğurun effektiv qəlibi kimi istifadə etməliyik. Məncə onda Qurbanov verdiyi qurbanların qəbul edildiyini görəcək.

46 yaşın mübarək Qurbanov, səndən futbolumuz üçün yeni doğum günləri gözləyirik. O gün olsun millimizin sevinc göz yaşlarına boğulasan.

Mehman Rəsulov
Real TV

Digər xəbərlər
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə