“Bərkgedənlər” gələn həftədən Bakıya gəlir

“Bərkgedənlər” gələn həftədən Bakıya gəlir
Tikinti-quraşdırma işləri isə Qran Pri həftəsinə qədər davam edəcək

2018-ci il 27-29 aprel tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar aprelin 23-dən etibarən Bakıya gəlməyə başlayacaqlar.

Bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

O bildirib ki, Formula 1 çərçivəsində logistika baxımından işlər çox olur, çünki komandalar bir Qran Pri başa çatdıqdan sonra digərinə gedirlər: “İndi Çində Qran Pri keçirilir, ondan sonra komandalar Bakıya gələcəklər. Komandaların gəlişi, adətən, Qran Pri həftəsi baş tutur. Ayın 23-dən etibarən Beynəlxalq Avtomobil Federasiyası və Formula 1 nümayəndələri, komandalar Bakıya gəlməyə başlaycaq”.

N.Arpadarai digər məsələlərlə bağlı işlərin qrafikə uyğun davam etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, tikinti-quraşdırma işləri Qran Pri həftəsinə qədər davam edəcək.

Real TV

Digər xəbərlər
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə