Azərbaycan neft ixracını artırıb

Azərbaycan neft ixracını artırıb
Xam neft hesabat dövründə Azərbaycanın ümumi ixracının 80,06%-ni tutub

Bu ilin I rübündə Azərbaycan 5,438 mln. ton xam neft və bitumlu materiallardan alınan xam neft məhsulları ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsinin statistikasında qeyd edilib. Verilnə məlumata görə, bu ilin I rübündə ixrac olunan xam neftin miqdarı illik müqayisədə 12% artıb. Bu miqdarda məhsulun dəyəri 2,686 mlrd. ABŞ dolları təşkil edib. Bu isə ötən ilin müvafiq dövründən 35% çoxdur. Xam neft hesabat dövründə Azərbaycanın ümumi ixracının 80,06%-ni tutub.

Yanvar-mart ayları ərzində 276 550 ton neft məhsulları ixrac olunub ki, onun dəyəri 135,958 mln. dollar təşkil edib. Bu ilin I rübündə neft məhsullarının miqdarı illik müqayisədə 41%, dəyəri isə 74% artıb. Neft məhsullarının ümumi ixracda payı 4,05% olub. 

İlin I rübündə qaz ixracının miqdarı isə 938,931 mln. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 42% azdır. Bu miqdarda təbii qazın dəyəri 168,372 mln. dollar olub ki, bu da illik müqayisədə 37% azdır. Təbii qaz ümumi ixracın 5,02%-ni tutub.

Real TV

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə