“Qarabağ” klubunun Çempionlar Liqasındakı gəliri məlum oldu

“Qarabağ” klubunun Çempionlar Liqasındakı gəliri məlum oldu
Siyahıya 33,59 milyon avro ilə İngiltərənin "Liverpul" klubu başçılıq edir

Bu mövsüm Çempionlar Liqasında ən çox gəlir əldə edən klublar məlum olub. 

"Report"un İspaniyanın AS nəşrinə istinadən verdiyi məlumata görə, "Qarabağ" klubu cari mövsümdə 15.7 milyon avro qazanıb və bu nəticə ilə 25-ci pillədə qərarlaşıb. 

Siyahıya 33,59 milyon avro ilə İngiltərənin "Liverpul" klubu başçılıq edir. Bu ölkənin digər təmsilçisi "Mançester Siti" Almaniyanın "Bavariya" klubu ilə birgə 33.36 milyon avro gəlirlə 2-3-cü yerləri bölüşürlər.

Qeyd edək ki, "Qarabağ" bu siyahıda Almaniyanın "Borussiya" (Dortmund), Fransanın "Monako", Portuqaliyanın "Benfika" və Hollandiyanın "Feyenord" klublarını geridə qoyub.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə