Güclü geomaqnit qasırğası xəbərdarlığı

Güclü geomaqnit qasırğası xəbərdarlığı
Atmosfer təzyiqinin xeyli qalxması müşahidə olunur

Bu gün və qarşıdan gələn günlərdə geomaqnit həyəcanlaşması olacaq.

Real TV xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev APA-ya bildirib. Onun sözlərinə görə, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 4-dür (maksimum 9 olur), lakin daha da artacaq.

Mütəxəssis bildirib ki, yaxın saatlarda və 11 apreldə G1 sinifli qasırğa gözlənilir: “Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir. Geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hazırda mövcud olan və kanyonabənzər böyük ölçülü “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli və neqativ polyarlığa malik Günəş plazma küləyinin təsiridir. “Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir. Hazırda “günahkar” plazma küləyini sürəti 515 km/saniyə-dir”.

E.Babayev qeyd edib ki, planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və “katalizator” rolunu oynayır: “Atmosfer təzyiqinin xeyli qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır. Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltlarının (“Aurora borealis”) şəkilləri də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir adətən zəif olur. Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər”.

Real TV

Digər xəbərlər
Dünən
20 İyun

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə