AMADA ədalət istəyir (VİDEO)

AMADA ədalət istəyir (VİDEO)
İdman ictimaiyyəti milli parka toplandı

Dənizkənarı Milli Parkın Yeni Bulvar ərazisində Ədalətli İdman Gününə həsr olunmuş tədbir keçirilib.

Real TV xəbər verir ki, Milli Anti Dopinq Agentliyinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AMADA-nın rəhbəri Şəfəq Hüseynli, AFFA-nın baş katibi Elxan Məmmədov və idman ictimaiyyətinin digər rəsmi şəxsləri iştirak edib.

Tədbirin əvvəlində məlumat xarakterli videoçarx nümayiş etdirilib. Daha sonra müxtəlif idman növləri üzrə ədalət prinsiplərinin pozulduğu səhnəciklər əyani surətdə göstərilib. 

Qeyd edək ki, agentliyin əsas funksiyalarına antidopinq proqramının idarəetməsi, testlər keçirmək, nəticələri emal etmək, dopinqin aşkarlanması, qarşısının alınması və profilaktikası daxildir.

Məlumat üçün deyək ki, Milli Antidopinq Agentliyi 2016-cı ildə təsis edilib. Qurumun missiyasının hüquqi əsasını “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun təşkil edir.

Mehman Rəsulov
Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə