Azərbaycanda seçki havası +23°

Azərbaycanda seçki havası +23°
Sabah ölkə ərazisində mülayim hava şəraiti hökm sürəcək

Bakıda və Abşeron yarımadasında aprelin 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Real TV-yə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 6-9, gündüz 16-21, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 761  mm civə sütununa enəcək, nisbi rütubət  gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə