Azərbaycana axan milyonlar - 3 aya 200 milyon

Azərbaycana axan milyonlar - 3 aya 200 milyon
Ölkəyə gələn gəlir xaricdə xərclənən vəsaitdən 11 milyon manatdan çox olub

Azərbaycana gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə bu ilin yanvar ayında 99,798,809 manat pul xərclənib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Real TV-yə verilən məlumata görə, fevral ayında 91,128,890 manat, ümumilikdə isə 190,927,699 manat məbləğində əməliyyat aparılıb. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ildə xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə 31,565,965 manat yəni 20% daha çox vəsait xərclənib. 2017-ci ildə xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsilə 1,022,036,752 manat məbləğində vəsait xərcləmişdi.

Azərbaycan vətəndaşları tərəfindən isə xaricdə  2 ay ərzində 179,521,339 manat məbləğində  əməliyyat aparılıb. Xarici vətəndaşların Azərbaycanda xərclədikləri vəsaitin həcmi Azərbaycan vətəndaşlarının xarici ölkələrdə xərclədikləri vəsaitdən 11,406,360 manat daha çoxdur.

Real TV

Digər xəbərlər
Dünən
20 İyun

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə