“Kupça”lar bir günə veriləcək

“Kupça”lar bir günə veriləcək
Ərizələr icra müddəti sürətləndirilməklə bir və iki iş günü müddətində icra olunacaq

Ərizənin sürətləndirilməklə icrası zamanı xidmət haqlarının tarifləri Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən artırma əmsalları ilə hesablanacaq

Nazirlər Kabineti  “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na dəyişikliklər edib. 

Dəyişikliyə əsasən Qaydaya “Ərizənin sürətləndirilməklə icra edilməsi” başlıqlı yeni hissə əlavə edilib.

Beləliklə, ərizəçilərin təqdim etdikləri ərizə onların istəyi əsasında icra müddəti sürətləndirilməklə qəbul ediləcək. İcra müddəti sürətləndirilməklə qəbul edilən ərizələrin icrası daxil olmuş əvvəlki ərizələrin qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək şərtilə həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələr icra müddəti sürətləndirilməklə bir, üç və yeddi iş günü müddətində icra olunacaq. Qeydiyyat müddəti mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar uzadıldıqda, ərizələr ümumi icra müddəti sürətləndirilməklə iki, beş və on iş günü müddətində icra ediləcək. İpotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələr icra müddəti sürətləndirilməklə bir və iki iş günü müddətində icra olunacaq.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə