Mir Şahinin vaxtı (VİDEO)

Mir Şahinin vaxtı (VİDEO)

Bakı beynəlxalq görüş yeri kimi daha bir qlobal mahiyyətli toplantını qəbul etdi. Qoşulmayanlar Hərəkatını.

Məzmundakı sülh və təhlükəsizliyin təşviq edilməsi çağırışını Azərbaycan və onun qonaqlarının siyasi məqsədlərinin dinc və xətər yetirməmək hədəfini aydın izah edir. Əslində ad Qoşulmama hərəkatı olsa da, mahiyyət daha konkretdir. Bu tədbir müharibələrə, təfriqələrə, terrora, dağıdıcı faktorlara qoşulmamaqda təkidli olanların platforması idi.

Azərbaycan Prezidentinin çıxışını gənc müstəqil dövlətin liderinin ardıcıl siyasət nəticəsində nail olduğu nəticələrin yığcam hesabatı kimi də dəyərləndirmək olar. İlham Əliyev tribunadan ilk növbədə Qarabağ problemi, Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi prioritet çağırışların elan edilməsi üçün əlverişli məqam kimi istifadə etdi.

Eyni zamanda ölkəni istər siyasi-diplomatik uğurlar, istər sərmayə cazibədarlığı, istərsə də Azərbaycanın multikultural mənzərəsinin məcmuyu olaraq təfərrüatıyla təqdim etdi və bununla əslində Konfrans qarşısında təmsil etdiyi dövlətin müsəlman-islam aləmi üçün bu gün o qədər də xarakerik olmayan yeni, dinamik, dinc və inkişafa hesablanmış iqtisadi modelini prezentasiya etdi. Çıxışın fəlsəfəsi çox sadə idi. “Bizin kimi et və bizim kimi ol”. İlham Əliyev gələcək üçün anonslar da verdi.

Real TV

Digər xəbərlər
Bugün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə