“Trump Tower” göydələnində yanğın (VİDEO)

“Trump Tower” göydələnində yanğın (VİDEO)
Yanğın zamanı ölən və yaralananlar olub

Nyu-Yorkdakı “Trump Tower” binasənda yanğın olub.

Real TV “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hələlik səbəbi məlum olmayan yanğın binanın 50-ci mərtəbəsində baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 6 insan xəsarət alıb. Həmçinin 4 yanğınsöndürənin də xəsarət aldığı bildirilir. Yanğına 4-cü dərəcəli ən yüksək yanğın çağırışı verilib.

ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında yazıb ki, yanğın söndürülüb. Həmçinin bildirilir ki, yanğın zamanı Trampın ailə üzvlərindən heç kim orada olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, “Trump Tower” ABŞ prezidenti Donald Trampın rəhbərliyi dövründən əvvəl yaşadığı binaya verilən addır.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə