Mayda neçə sosial ev hansı qiymətə satışa çıxarılacaq? (VİDEO)

Mayda neçə sosial ev hansı qiymətə satışa çıxarılacaq? (VİDEO)
Mənzil üçün ilkin ödəniş on faiz müəyyən edilib

Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi – Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan verib. Mənzillərin satışı mayın 7-si saat 10:00-da başlayacaq 3 ay davam edəcək. 

Satışa çıxarılan mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi  su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub. Mənzil üçün ilkin ödəniş on faiz müəyyən edilib. 

Mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş bütün məbləğə əlavə 10% endirim əldə edəcək. Yəniz bu zaman vətəndaş bir otaqlı mənzil üçün  26 min 932, 2 otaqlı 42 min 554, uç otaqlı isə 59 min 63 manat ödəniş edəcək. Bu qiymət mənzlilin sahəsindən asılı olaraq dəyişə də bilər. Bütün bu şərtlər isə mənzili əlçatan edir. 

Yasamal yaşayış kompleksində Yasamal Yaşayış komplesi 29 binadan və 1843 mənildən ibarətdir. Hazırda bütün binaların inşası həyata keçirilir. 19 binada işlər yekunlaşıb və təmir aparılır.

Kompleksin 2019-cu ildə tam təhvil verilməsi planlaşdırılır. Eyni zamanda hazırda MİDA-nin Hövsan yaşayış kompleksində də tikinti işlərinə başlanılıb və kompleksdə 3 min mənzilliin inşası nəzərdə tutulur.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə