2 nazirlik “səssiz ölüm”ə qarşı işlərə başlayır (VİDEO)

2 nazirlik “səssiz ölüm”ə qarşı işlərə başlayır (VİDEO)
FHN və EN qaz qurğularına nəzarəti həyata keçirəcək

2017-ci ildə dəm qazından zəhərlənənələrin sayı 2016-cı illə müqaisədə iki dəfə azalıb. Bunun əsas səbəblərindən biri vətəndaşlar arasında aparılan maarifləndirmə işləri və qaz qurğularının quraşdırılmasına ciddi nəzarətin həyata keçirilməsidir. Bundan sonra qaz təsərrüfatında baş verən qəzalar, dəm qazı zəhərlənmələri daha da azalacaq.

Prezidenti İlham Əliyev “Qaz təchizatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi ilə bağlı imzaladığı fərman buna xidmət edir.

Fərmana əsasən ölkədə məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismarını təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirəcək icra hakimiyyəti orqanları müəyyənləşib. Bu funksiyanı Energetika Nazirliyi və Fövqəladə Hallar Nazirliyi həyata keçirəcək.

“Qaz təchizatı haqqında” qanuna əsasən yaradılan yeni qurumun əməkdaşları istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidi.

Real TV

Digər xəbərlər
Dünən
08 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə