Bakıda qeyri-adi sərgi baş tutacaq

Bakıda qeyri-adi sərgi baş tutacaq
İsveçrə, Böyük Britaniya və Azərbaycan rəssamlarının qrafiti üslubda çəkilən əsərləri nümayiş olunacaq.

Bakıda qrafiti üslubunda çəkilən əsərlər nümayiş ediləcək. Qeyri-adi üsluba “Art Villa” rəsm qalereyasının divarlarında ictimai baxış olacaq. Sərgi-nümayiş yanvarın 21-də baş tutacaq.

Bu barədə məlumatı “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov verib. Onun sözlərinə görə, rəsm əsərləri Stefan Bust (İsveçrə), Drax (Böyük Britaniya) və Emil Məcnunov (Azərbaycan) tərəfindən çəkilib.

Sərgi İsveçrənin Azərbaycandakı səfirliyi, “Arts Council Azerbaijan”, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq.

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə