“YouTube”un qərargahında atışma: 1 ölü, 4 yaralı (FOTO, VİDEO)

“YouTube”un qərargahında atışma: 1 ölü, 4 yaralı (FOTO, VİDEO)
Hadisəni törədən qadın öldürülüb

“YouTube” videoportalının ABŞ-ın Kaliforniya ştatında yerləşən mənzil-qərargahında atışma olub.

Real TV “RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb. Verilən məlumata görə,  hadisə yerinə polis əməkdaşları cəlb edilib,  şirkətin əməkdaşları binadan təxliyə edilib.

Məlumata görə, atışma qara geyimli, üzü bağlı qadın tərəfindən törədilib. Baş verən atışma nəticəsində 4 nəfər yaralanıb, 1 nəfər ölüb. Hadisəni törədən qadın polislər tərəfindən öldürülüb.

Araşdırmalar zamanı məlum olub ki, hadisə terror aktı deyil. İnsidentə səbəb, daxili mübahisə olub. Hələlik hadisənin dəqiq səbəbləri bilinmir.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə