Milli Məclisdə gərginlik: deputatlar iclası yarımçıq qoyub getdi

Milli Məclisdə gərginlik: deputatlar iclası yarımçıq qoyub getdi
Oqtay Əsədov əsəbləşdi: "Çağırın, gəlib səs versinlər heç olmasa"

Milli Məclisin bu gün keçirilən iclasında “Peşə təhsili haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səsvermə baş tutmayıb.

İclas zalında deputatların sayının az olması səbəbindən səsvermənin keçirilməsi mümkün olmayıb.

Səsvermə zamanı zalda cəmi 78 deputatın olması spiker Oqtay Əsədovun ciddi iradına səbəb olub.

"Haradadır bunların qalanı? İclas bitməmiş boğazları quruyub ki, çaya qaçıblar? Çağırın, gəlib səs versinlər heç olmasa", - deyə o bildirib.

Deputatların iclas zalına qayıtmasından sonra səsvermə baş tutub.

Layihə ikinci oxunuşda qəbul olunub.

APA

Digər xəbərlər
Dünən
22 Aprel

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə