Azərbaycanın ən yaxşı snayperləri (FOTO)

Azərbaycanın ən yaxşı snayperləri (FOTO)
Sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təlim keçirilib

2018-ci il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan ordusunun hərbi hissələri üzrə “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyindən Real TV-yə verilən məlumata görə, sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədi ilə təşkil olunan yarış Müdafiə Nazirliyinin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib. 

Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

Snayperlər hədəflərə fərdi və qrup şəklində atışlar edib, maneələrin dəf edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriliblər. Altı mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “Snayper müdafiədə”, “Snayper hücumda” və digər tapşırıqlar üzrə çalışmalarda öz bacarıqlarını nümayiş etdiriblər. Yekun nəticələrə görə qaliblər müəyyən edilib və mükafatlandırılıb.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə