Ordumuzun raket və artilleriya bölmələri döyüş vəziyyətinə gətirildi (FOTO, VİDEO)

Ordumuzun raket və artilleriya bölmələri döyüş vəziyyətinə gətirildi (FOTO, VİDEO)
Cəbhə bölgəsindəki bütün ümumqoşun poliqonlarında təlimlərə başlanılıb

Azərbaycan ordusunun raket və artilleriya bölmələri döyüş atışlı təlimlər keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Real TV-yə verilən məlumata görə, təlimlər müdafiə nazirinin təsdiq etdiyi 2018-cı il üçün döyüş hazırlığı planına uyğun olaraq baş tutub.

Raket və Artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsindəki bütün ümumqoşun poliqonlarında təlimlərə başlanılıb.

Poliqonların birində keçirilən təlimdə özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki döyüş atışları icra olunur. Atışların dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə artilleriya bölmələri müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edirlər.

Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə