“Əl əməyi, göz nuru” (VİDEO)

“Əl əməyi, göz nuru” (VİDEO)
Azərbaycan xalçasının tarixi elə xalqımızın tarixi qədər qədimdir

Xalçaçılıq kənd daxmalarında yaranan və zaman ötdükcə incəsənətin ən mühüm növlərindən birinə çevrilən sənət növüdür.

Milli mədəniyyəti tarixində özünəməxsus yer tutan Azərbaycan xalçasının tarixi elə xalqımızın tarixi qədər qədimdir. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Sənət sahəsi kimi isə həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:  Quba, Bakı, yaxud Abşeron,  Şirvan, Gəncə, Qazax,  Qarabağ, Təbriz. Xalçanın toxunma prosesi uzunmüddətli olmaqla yanaşı, həm də mürəkkəbdir. 

Azərbaycan xalça sənəti bu gün dünya mədəniyyətinin nailiyyətlərindən biri kimi YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilib. Xalça sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri kimi beynəlxalq səviyyədə təsdiqidir.

Hazırda Azərbaycan xalça sənətinin beynəlxalq aləmdə təbliği istiqamətində müvafiq fəaliyyət uğurla davam etdirilir.

Vüsalə Xaməmmədqızı
Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə