Uşaqları heyran edən kukla tamaşası necə hazırlanır? (VİDEO)

Uşaqları heyran edən kukla tamaşası necə hazırlanır? (VİDEO)
Kukla Teatrından maraqlı reportaj

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı həmişə maraq dairəsində olub. Buranın ən sadiq tamaşaçıları isə uşaqlardır.

Teatrın aktyoru Rəhim Rəhimov Real TV-yə açıqlamasında bildirib ki, Kukla Teatrı heç vaxt tamaşaçı baxımından qıtlıq çəkməyib. Bu gələn uşaqlar da tamaşalara maraqla baxıblar.

“21 ildir ki, bu teatrdayıq. Kuklalarla dostlaşmışıq, onlar da bizlə dostlaşıb. Hər həftənin cümə, şənbə və bazar günləri teatrda maraqlı tamaşalar olur”, - deyə aktyor bildirib. 

Rəhim Rəhimov deyir ki, uşaqları mütləq tamaşalara aparmaq lazımdır: “Bu həm mədəni istirahət üçün laızmdır, həm də uşağın həmyaşıdları ilə ünsiyyət qurmasına müsbət təsir göstərir. Bəzər uşaqlar teatrda özlərinə dost da tapırlar”.

Uşaqların maraqla izlədiyi tamaşalarda iştirak edən kuklalar isə aktyorlar tərəfindən idarə edilir. İlk baxışdan insana sadə və adi gələn bu iş, əslində çox çətin və zəhmət tələb edilən sənətdir. Rəhim Rəhimovun sözlərinə görə, kukla teatrında çalışan aktyor mütləq uzun müddət məşq etməlidir:

“Səs tonunun dəyişməsi məşq proseslərində ərsəyə gəlir. Kukla hazır olduqdan sonra, aktyor ona baxıb, üz cizgilərinə uyğun səsi müəyyən edir. Kuklalar xüsusi kukla sexlərində hazırlanır. Kukla ilə işləyən aktyor mütləq güzgü qarşısında məşqlər etməlidir. Məşq prosesi isə az 2 ay, ən çox isə 6 ay sürə bilər. Elə kuklalar var ki., onları oynatmaq üçün aktyora ən azı 5 ay lazım olur”.

Bəs, kukla tamaşası necə hazırlanır? Daha ətraflı Real TV-nin hazırladığı sujetdə baxa bilərsiz.

Natiq Nailəoğlu
Real TV

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə