Kemerovada ölənlərin sayı 53 nəfər oldu - dəhşətli görüntülər (FOTO)

Kemerovada ölənlərin sayı 53 nəfər oldu - dəhşətli görüntülər (FOTO)
Bundan əvvəl hadisə zamanı ölənlərin sayının 48 nəfər olduğu bildirilirdi

Rusiyanın Kemerova şəhərində yerləşən “Qış Albalısı” ticarət mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı yenə artıb.

Real TV "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb. Hadisə nəticəsində çox sayda insan xəsarət alıb, itkin düşənlər var. Yanğının söndürüldüyü bildirilir. Bundan əvvəl hadisə zamanı ölənlərin sayının 48 nəfər olduğu bildirilirdi.

Qeyd edək ki, Kemerovo şəhərindəki dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzi 2013-cü ildə istifadəyə verilib. Yanğının binanın 4-cü mərtəbəsində yerləşən batut zalında başladığı ehtimal edilir. Məlumata əsasən, Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov prezident V.Putinin tapşırığı ilə Kemerovoya yollanıb.
Baş verən yanğınla bağlı 4 nəfər, o cümlədən obyektin sahibi saxlanılıb. Baş verən yanğınla bağlı 4 nəfər, o cümlədən obyektin sahibi saxlanılıb.

Real TV

Digər xəbərlər
Bugün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə