İtkin düşən alpinistin anası Real TV-yə danışdı (VİDEO)

İtkin düşən alpinistin anası Real TV-yə danışdı (VİDEO)
FHN: "Alpinistlərin axtarışları müvəqqəti dayandırılıb"

“Dekabrın 23-də onu evdən yola saldım. Dedim salamat get, salamat qayıt ay Namin. O da dedi ki, Quba dağlarına gedirik, tez qayıdacağam, təxminən 1-2 günə”.

Bunu Real TV-yə açıqlamasında itkin düşən alpinist Namin Bünyatovun anası Səadət Bünyatova deyib.

O bildirib ki, dekabrın 25-dən hər gün ona zəng vursa da Namin telefona cavab vermirdi.

“İtkin düşdüklərindən isə dekabrın 27-si xəbər tutmuşam. Aprelin 8-i Naminin ad günüdür. O günü necə yaşayacağam heç bilmirəm”, - deyə Səadət Bünyatova qeyd etdi.

Oğlu itkin düşdükdən sonra qızının yanına sığınan ana günlərdir ki, oğlunun yolunu gözləyir.

Namin 3 ay bundan öncə dekabrın 23-də yola çıxdığı Babur Hüseynov və Fəridə Cəbrayılzadə ilə birlikdə şahdağ zirvəsində yoxa çıxıblar.  Dekabrın 26-da geri qayıtmalı olan gənclərdən 3 aydır heç bir xəbər yoxdur.

“Gilavar” idman klubunun Şahdağ Milli Parkı ərazisində yerləşən Tufandağ zirvəsi istiqamətində qalxan üç üzvü – 35 yaşlı Namin Bünyatov, 28 yaşlı Babur Hüseynov və 27 yaşlı Fəridə Cəbrayılzadənin axtarışlarına Fövqəladə Hallar , Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müvafiq qurumları tərəfindən helikopterlər  cəlb olunub. Araşdırmalar zamanı məlum olub ki, 3 gənc Xınalıq kəndindən Şahdağ Milli Parkının “Xınalıq” keçid məntəqəsinə gələrək zirvə istiqamətində hərəkət edib və naməlum şəraitdə itkin düşüblər.

Hazırda axtarışlara qoşulan alpinist, “Everest” idman klubunun baş direktoru Rusif Bağırov ərazidəki vəziyyəti Real TV-yə şərh edib.

"Gilavar" - hava və ekstrim idman klubunun itkin düşmüş üzvlərindən olan Babur Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşıdır.Babur Hüseynovun polis leytenantı olduğu bildirilir. Namin Bünyatov isə bir neçə ay öncə iki nəfər həmkarı ilə bərabər "Elbrus" zirvəsini fəth edib. Fəridə Cəbrayılzadə fotoqrafdır. alpinistlərin itkin düşməsi ilə bağlı artıq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, hazırda axtarışların getdiyi ərazidə qar yağdığından və bu cür hava şəraiti işlərə maneə oldğundan, itkin düşən alpinistlərin axtarışları müvəqqəti dayandırılıb.

Real TV

Digər xəbərlər
Dünən
22 Aprel

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Sizin xəbər

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə