DYP-dən sürücülərə müraciət - Parklanma qaydalarını pozanlar...

DYP-dən sürücülərə müraciət - Parklanma qaydalarını pozanlar...

 Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda dayanma və ya durma, habelə parklanma qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilən nəqliyyat vasitələri sahiblərinə və sürücülərə müraciət edib.

İdarədən REAL-a verilən məlumata görə, müraciətdə deyilir ki, son vaxtlar nəqliyyat vasitələri sahibləri və sürücülərindən Bakı şəhərində dayanma və ya durma, habelə parklanma qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmələri ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə çoxsaylı elektron müraciətlər daxil olur. 

"Mövcud qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, Bakı şəhərinin inzibati ərazisində dayanma və ya durma, eləcə də parklanma qaydalarının pozulmasına görə inzibati xəta haqqında protokolların tərtib edilməsi, habelə tərtib edilmiş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinin Bakı Nəqliyyat Agentliyinə verilməsi nəzərə alınaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələri sahibləri və sürücülərindən xahiş edir ki, Bakı şəhərində bu növ qayda pozuntularına görə inzibati məsuliyyətə cəlb edilmiş şəxslər xətanın mövcudluğu ilə razılaşmadıqları hallarda aidiyyəti üzrə Bakı Nəqliyyat Agentliyinə müraciət etsinlər", - deyə məlumatda qeyd olunub.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə