Hikmət Hacıyev: Ermənistanın “konyak diplomatiyası”nın maliyyə mənbəyini kriminal pullar təşkil edir

Hikmət Hacıyev: Ermənistanın “konyak diplomatiyası”nın maliyyə mənbəyini kriminal pullar təşkil edir

"Dövlət başçısının sədrliyi altında Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib, bu iclas çərçivəsində dövlət başçısı tərəfindən digər məsələlərlə bərabər xarici siyasətimizin gündəliyində olan məsələlər də ətraflı şəkildə müzakirə olunub və xarici siyasətimizin prioritetləri, həyata keçirilən nəaliyyətlər barəsində geniş danışılıb. Həmçinin qarşıdan gələn dövr ərzində də xarici siyasətimizin gündəliyində duran məsələlər və qarşıya qoyulan preoritet məsələlər müzakirə edilib".

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə jurnalistlərə açıqlamasında bildirib.

Hikmət Hacıyev bildirib ki, dövlət başçısı tərəfindən xarici siyasətimizin gündəliyində duran və həyata keçirilən fəaliyyətlər əsasən aşağıdakı istiqamətər üzrə qeyd olunub:

"Azərbaycan respublikası çoxşaxəli xarici siyasətini davam etdirir və bu əsnada da respublikamız ilə tərəfdaşlıq etmək istəyən ölkələrin sayı daim artmaqdadır. Belə ki, keçən il ərzində dövlət başçısı tərəfindən 16 xarici ölkəyə səfər həyata keçirilib, həmçinin  16 ölkənin dövlət və hökumət başçısı ölkəmizdə səfərdə olmuşdur. Həmçinin Azərbaycan respublikasının xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin inkişaf etdilməsi priotitet istiqamətlərdən biridir və dövlət başçısının qonşu dövlətlərin dövlət  və hökumət başçıları ilə intensiv görüşləri əsnasında praktiki məsələlər öz həllini tapıb, bu gün əminliklə deyə bilərəm ki, dövlət başçısının həyata keçurdiyi siyasət nəticəsində Azərbaycanın bütün qonşu dövlətlərlə mehriban əlaqələri var. Bu da enerji, nəqliyyat layihələri, ticarət əlaqələrimizin inkişafına öz töhfəsini verməkdədir. Avropa ittifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişafı tərəfdaşlıq prioritetləri sənədinin imzalanması ilə xarakterizə olunub bu sənəddə Avropa İttifaqı Azərbaycan əlaqələrinin inkişaf prioritetləri  ilə barabər ölkəmizin ərazi bütövlüyü, suverenliyinə dəstək kimi məqamlar da öz təsbitini bir daha tapmışdır. Xəzər məsələrinin inkişafı dövlət başçısı tərəfindən qeyd olunub. Belə ki 2018-ci ildə Xəzər dənizinin hüququ statusu haqında konvensiya imzalanıb və Azərbaycanın uzun müddət ifadə etdiyi mövqe də bu sənəddə öz əksini tapıb. Dövlət başçısı tərəfindən qeyd edilidiy kimi Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanması bütün xəzəryanı dövlətlərin birgə qələbəsidir. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ölkəmizin ardıcıl siyasəti davam etdirilib. Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mövcudur. Bu əsnada da BMT təhlükəsizlik şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olnmuş ərazilərindən çıxarılmalıdır. Həmçinin dövlət başçısı tərəfindən Ermənistanda cərəyan edən hadisələrə toxunulub. 20 il ərzində Ermənistanda hakimiyyətdə olan kriminal xunta rejimi biabırçı şəkildə siyasi səhnədən silinib getdi və bu proseslərdə Azərbaycan respublikasının da xüsusi rolu olub. Belə ki, Azərbaycan məntiqli və ardıcıl şəkildə Ermənistanın regional proseslərdən təcrid siyasətini həyata keçirib və bunun nəticəsidir ki, ermənistanda siyasi, sosial, demoqrafiq və digər sahələrdə böhran şəraiti özünü göstərib. Keçən il Azərbaycan Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına ev sahibliyi etdi. Bu il ölkəmizdə Qoşulmama Hərəkatının Zirvə toplantısı təşkil olunacaq. 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi həyata keçirəcək. Dövlətimizin başçısı tərəfindən qeyd olunduğu kimi, Ermənistan tərəfindən açıq şəkildə “konyak diplomatiyası” həyata keçirilir. Bu yolla Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası, həmçinin bəzi Qərb ölkələrinin qanunverici orqanlarındakı korrupsioner siyasətçilər ələ alınır və həmin şəxslər tərəfindən də Azərbaycana qarşı iyrənc şəkildə şər-böhtan və saxta məlumatlar əsasında təxribat həyata keçirilir. Məsələn, bir nümunəni qeyd edək. Kriminal rejim tərəfindən 2017-ci ildə Ermənistanda keçirilmiş parlament seçkilərini müşahidə edən sözügedən təsisatların müşahidəçiləri yekun hesabatlarında seçkilərdə fundamental azadlıqların təmin olunduğunu iddia edirdilər. Həmin seçkilərdə kriminal xunta rejiminin nümayəndələri 50 faizdən çox səs almışdılar, son parlament seçkilərində isə 5 faiz səs belə yığa bilmədilər. Ermənistan xalqı sonradan həmin kriminal xunta rejimini siyasi səhnədən biabırçı şəkildə rədd etdi. Mənzərə tam aydın olur ki, sözügedən təsisatlarda təmsil olunan bir çox siyasətçilər Ermənistanın kriminal rejimi ilə müəyyən maddi maraqların, yəni, “konyak diplomatiyası”nın müqabilində şərik olaraq seçkilərin saxtalaşdırılmasında iştirak edir, sonra saxta hesablarla ona “demokratik” don geyindirirlər. İndi hansı əsasla həmin şəxslər demokratik dəyərlərdən danışırlar? Kriminal xunta rejiminə bu kimi hesabatlarla legitimlik verən həmin siyasətçilərin bir qismi hələ də sözügedən təsisatlarda təmsil olunmaqda davam edirlər. Brüsseldə Serj Sarkisyanla bir masa ətrafında oturub siyasi xarakterli kriminal əməlləri müzakirə edən, kriminal xunta rejiminin seçkilərini dəstəkləyən, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər edən Avropa Parlamentinin üzvləri Yaroslav Stetina və Frank Engel kimi siyasətçilər indi hansı mənəviyyatdan danışa bilərlər? Ermənistanın “konyak diplomatiyası”nın maliyyə mənbəyini isə kriminal pullar təşkil edir. Burada kriminal fəaliyyətlə siyasi lobbizm bir-birini tamamlayacaq şəkildə inkişaf edir".

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə