Parisdə güclü partlayış - 4 ölü, 50 yaralı (Yenilənib 3)

Parisdə güclü partlayış - 4 ölü, 50 yaralı (Yenilənib 3)

Fransanın paytaxtı Parisdə çörək mağazasında baş vermiş partlayış zamanı 4 nəfər ölüb, yaralananların sayı 50-yə çatıb

***

16:50

Fransanın paytaxtı Parisdə çörək mağazasında baş vermiş partlayış zamanı 4 nəfər ölüb.

Azı 20 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlardan 12-sinin vəziyyəti ağırdır.

İlkin istintaqa əsasən, partlayışa qaz sızması səbəb olub.

Partlayış dağlası ətrafdakı binalara da zərər vurub.

Ölkənin baş naziri Eduar Filip və daxil işlər naziri Kristof Kastaner də hadisə yerinə gəliblər.

Kastaner partlayış ağır fəsadlar törətdiyini bildirib.

Qeyd edək ki, Parisdə bu gün “Sarı Jiletlilər” hərəkatının hökumətə qarşı növbəti etiraz aksiyası gözlənilir.

Vəziyyətlə əlaqədar şəhərdə təhlükəsizlik xidməti gücləndirilib.

***

15:19

Fransanın paytaxtı Parisdə çörək mağazasında baş vermiş partlayış zamanı 20 nəfər xəsarət alıb.

REAL-ın məlumatın agörə, hazırda hadisə yerində polis istintaq aparır.

İlkin istintaqa əsasən, partlayışa qaz sızması səbəb olub.

Partlayış dağlası ətrafdakı binalara da zərər vurub. 

Ölkənin baş naziri Eduar Filip və daxil işlər naziri Kristof Kastaner də hadisə yerinə gəliblər.

Kastaner partlayış ağır fəsadlar törətdiyini bildirib.

Qeyd edək ki, Parisdə bu gün “Sarı Jiletlilər” hərəkatının hökumətə qarşı növbəti etiraz aksiyası gözlənilir.

Vəziyyətlə əlaqədar şəhərdə təhlükəsizlik xidməti gücləndirilib.

***

13:12

Fransanın paytaxtı Paris şəhərinin mərkəzində güclü partlayış baş verib.

REAL xarici KİV-ə istinadən xəbər verir ki, Treviz küçəsində qeydə alınan hadisə yerinə  yanğınsöndürənlər, təcili yardım maşınları və polis qüvvələri gəliblər. 

Partlayış nəticəsində xeyli insan yaralanıb, maddi ziyan dəyib. 

İlkin məlumatlara görə, partlamanın səbəbi çörək zavodunda qaz sızması olub. Bu barədə BFMTV telekanalı məlumat verib.

Polis vətəndaşları ərazidən uzaqlaşmağa çağırıb.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə