Gürcüstanda qripdən müalicə pulsuz olacaq (VİDEO)

Gürcüstanda qripdən müalicə pulsuz olacaq (VİDEO)

Qrip virusuna yoluxmuş şəxslərin xəstəxanalarda müalicəsi pulsuz olacaq. Dövlət onların bütün müalicə xərclərini öz üzərinə götürür.

REAL xəbər verir ki, bu sözləri Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeyenko yanvarın 11-də keçirdiyi mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, bu yenilik yanvarın 12-dən həyata keçirilməyə başlayacaq.

Nazir, həmçinin ölkədəki son vəziyyətə də aydınlıq gətirib. Bildirilib ki, qripin yayılmasında azalma müşahidə olunur. Epidemiya elan olunması üçün heç bir əsas yoxdur. Bu gün ölkədə hər 100 min nəfərdən 256-sı qrip virusuna yoluxub. Epidemiya elan olunması üçün ən azı hər yüz min nəfərdən 400-nün virusa yoluxması şərtdir.

Bildirilib ki, vətəndaşlar qrip virusu ilə əlaqədar dərman preparatlarını da pulsuz əldə edəcəklər.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə