Səhiyyə Nazirliyindən “donuz qripi” ilə bağlı açıqlama - VİDEO

Səhiyyə Nazirliyindən “donuz qripi” ilə bağlı açıqlama - VİDEO

"Bu gün Azərbaycanda "donuz qripi" (H1N1) yoxdur".

REAL-ın məlumatın agörə, bunu ölkənin baş epidemioloqu İbadulla Ağayev deyib.

"Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə, Səhiyyə Nazirliyi ona qarşı mübarizə aparmaq iqtidarındadır. Mətbuat orqanları bu məsələdə diqqətli olmalıdır. Qonşu ölkələrdə "donuz qripi"nin olması bildirilir. Əgər ölkə ərazisində bu virus kütləvi şəkildə yayılarsa, səhiyyə orqanları bunun qarşısını almaq ixtiyarındadır. Bu qripə qarşı heç bir vaksin yoxdur. Qriplə xəstələnmə hər zaman olub, bundan sonra da olacaq. Hər bir insan özünün həkimi olmalıdır. Qrip mövsümi xəstəlik olduğu üçün havalar soyuyanda xəstəliyin yayılması təbiidir. Bundan qorunmaq üçün də insanlar diqqətli olmalı, qoruyucu maskalardan mütləq istifadə olunmalıdır" - deyə, Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bildirib.

O əlavə edib ki, Səhiyyə Nazirliyinin icazəsi olmadan kimsə hər hansı dərman vasitəsi, o cümlədən vaksin sata bilməz: "Nazirliyin deposu tərəfindən kiməsə və ya harasa dərman preparatları verilməyib. Yəni "donuz qripi" ilə bağlı vaksin yoxdur və kiməsə də nəsə verilməyib".

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə