Bakıda sürücüdən hamını təəccübləndirən addım (VİDEO)

Bakıda sürücüdən hamını təəccübləndirən addım (VİDEO)
Dayanma-durma qaydasını pozan sürücü kameraya düşməməyin qəribə yolunu tapıb

Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtında əsas küçə və prospektlərində qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameraları vasitəsi ilə dayanma və durma qaydalarının pozulamsı hallarının qeydə alınmasına başlanılıb.

Artıq qanunsuz parklanmaya görə minlərlə sürücüyə elektron protokol tərtib edilib və onların hər biri 20 manat məbləğində cərimə ediliblər. Kameralar qanunsuz parklanalar üzündə tıxac yaranan ərazilərdə quraşdırılıb və yaxın günlərdə daha bir neçə yerə kameralarla nəzarətə başlanılacaq.

Qeydə alınan qayda pozuntusu ilə bağlı avtonəqliyyat vasitəsi sahibləri barədə inzibati protokol tərtib edilib. Amma yeni sistemin fəaliyyətə başladığı ilk gündəcə bəzi boşluqlar üzə çıxıb. Məsələn, sürücülərdən birinə avtomobili işıqforun qırmızı işığında saxladığına görə cərimə bildirişi gəlib.

Yeni sistemlə özünəməxsus şəkildə mübarizə aparan sürücülər də var. Məsələn, VAZ-2104 markalı avtomobilin sürücüsü “8-ci kilometr” bazarının qarşısında kamera olduğunu bildiyindən, yük boşaldarkən cərimələnməmək üçün avtomobilin dövlət nömrə nişanını bağlayıb. 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə