Bakıda yeni ianə qutuları (VİDEO)

Bakıda yeni ianə qutuları (VİDEO)
Qutuda toplanan geyimlər ehtiyacı olan şəxslərə paylanacaq

Təkrar istifadənin ətraf mühitə müsbət təsirini, eləcə də geyim əşyalarına olan təlabatı nəzərə alaraq İDEA İctimai Birliyi paytaxtın bir neçə yerində paltarların toplanması üçün ianə qutuları quraşdırıb.

İDEA İctimai Birliyi şəhərimizin sakinlərini qarderobunda istifadəsiz, yararlı və saf qalan geyim əşyalarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan insanlara öz yardım əlini uzatmağa, təkrar istifadə vasitəsilə təbiətə vurulan zərəri azaltmağa çağırır.

Eyni zamanda, ianə edilən geyim əşyalarının qutulara atmadan öncə yuyulub-təmizlənməsi, qutulara kənar əşyalar və ya zibilin atılmaması xahiş edilir.

Bu cür xeyriyyə məqsədli təkrar istifadə qutuları ilkin olaraq “Bravo” hipermarketləri və Babək prospektində yerləşən “Bravo” supermarketində, həmçinin həmin prospektdəki “SOCAR Petroleum” yanacaqdoldurma məntəqəsində quraşdırılıb. Yaxın vaxtlarda oxşar paltar toplanma qutularının Bakının digər münasib yerlərində də quraşdırılması nəzərdə tutulur.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə