Un və çörəyin qiyməti bahalaşıb?

Un və çörəyin qiyməti bahalaşıb?

“Mən özüm marketlərdə qısa monitorinq keçirmişəm və gəldiyim qənaət belədir ki, hazırda unun pərakəndə satışında, çörəyin qiymətində hər hansı bir bahalaşma yoxdur. Sadəcə topdansatışda cüzi bahalaşmanın olduğu bildirilir”. 

REAL-ın məlumatına görə, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib. 

Unun bahalaşmasına səbəb kimi taxıl idxalının göstərilməsinə münasibət bildirən V. Hüseynov hazırda ölkədə taxıl təminatının yüksək olduğunu söyləyib:

“Hazırda ölkənin taxılla özünütəmin etməsi təqribən 60%-dir. Qalanı isə har zaman xaricdən gətirilir. Ötən il 3,29 milyon ton taxıl istehsal olunub. Bu da 2017-ci illə müqayisədə 12,6 faiz çoxdur və biz bu artım tendensiyasını saxlamağa çalışırıq.

Taxılın keyfiyyətinə gəldikdə isə, müxtəlif sort taxıl bitkiləri əkilir. Bərk buğda, yumşaq buğda becərilir. Keyfiyyət meyarlarına əsasən müəyyən olunur ki, hansı ərzağa, hansı yemə yararlıdır. Burada əsas məsələ odur ki, fermerlərin əkdiyi taxıl ölkəni 58,1% təmin edə bilir. Təminat məsələsi hər zaman belə olub. Dövlət qurumu olaraq biz də fermerlərə subsidiyalar ayırırıq. Hər fermerə ümumilikdə 90 manat məbləğində subsidiya verilir”.

Qeyd edək ki, yeni il başlayandan ölkə ərazisində satılan müxtəlif markalı unların qiymətində bahalaşma müşahidə olunur. Vətəndaşlar deyir ki, əvvəllər 21 manata aldıqları 45 kiloqramlıq “Karmen” ununun kisəsinin qiyməti 25 manat 20 qəpiyə qalxıb. 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə