Azərbaycanlı futbolçu “Spartak”da ayda 100 min avro maaş alacaq

Azərbaycanlı futbolçu “Spartak”da ayda 100 min avro maaş alacaq

Rusiyanın “Spartak” klubu azərbaycanlı futbolçu Ayaz Quliyevlə müqavilə bağlayacaq.

“Sport-Ekspress” xəbər verir ki, Moskva təmsilçisi yarımmüdafiəçinin özü və klubu “Rostov”la ortaq məxrəcə gəlib. 22 yaşlı futbolçu “Spartak”la uzunmüddətli müqavilə bağlayacaq və illik 1,2 milyon avro (aylıq 100 min avro) məvacib alacaq.

“Rostov”a isə 1 milyon avro təzminat ödəniləcək.

Qeyd edək ki, A.Quliyev məhz mövsümün əvvəlində yetirməsi olduğu “Spartak”dan “Rostov”a keçib. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir. (Report)

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə