Qazilər qitə çempionatına yollanacaq (VİDEO)

Qazilər qitə çempionatına yollanacaq (VİDEO)
Avropa çempionatında 5 yığma qüvvəsini sınayacaq

Türkiyədə adı çəkilən ölkənin silahlı qüvvələri amputant komandası ilə yoxlama oyunu keçirmiş Qarabağ qaziləri komandamız vətənə qayıdıb.

Komanda rəsmiləri və qazilər səfər müddətində bir sıra rəsmi görüşlərdə iştirak ediblər. Federasiya prezidenti Rövşən Akif oğlunun rəhbərlik etdiyi heyəti, Türkiyənin daxili işlər naziri Süleyman Soylu, eyni zamanda gənclər və idman naziri Mehmet Muarrem Kasapoğlu qəbul edib.

Səfərin əsas məqsədi Türkiyənin bu sahədəki təcrübəsindən yararlanaraq, ölkəmizdə yaşayan fiziki məhdudiyyətli insanların fəal idman həyatına cəlb olunmasıdır. 

Qeyd edək ki, Qarabağ qaziləri amputant futbol komandamız may ayında təşkil olunacaq Avropa çempionatında mübarizə aparacaq. Qitə birinciliyində 5 yığma komanda qüvvəsini sınayacaq. 2020-c- ildə isə qazilərimiz dünya çempionatına yollanacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə