Azərbaycan və Rusiya arasında yüksək səviyyəli komissiya yaradılır

Azərbaycan və Rusiya arasında yüksək səviyyəli komissiya yaradılır
Yaxın vaxtlarda Moskvada parlamentlərarası konfrans keçiriləcək

Yaxın günlərdə Azərbaycan və Rusiya deputatları Moskvada Dövlət Dumasında parlament konfransı keçirərək, yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılmasını nəzərdə tutan sazişi imzalayacaqlar.

Bu barədə “RİA Novosti”yə Bakıdakı diplomatik mənbədən məlumat verilib. 

“Yaxın vaxtlarda Moskvada parlamentlərarası konfrans keçiriləcək. Həmin tədbirdə, həmçinin, Azərbaycan-Rusiya yüksək səviyyəli parlamentlərarası komissiyasının yaradılması, ikitərəfli əməkdaşlıq haqqında sənədin imzalanacağı gözlənilir” – mənbə bildirib. 

Qeyd edib ki, konfransda Azərbaycan-Rusiya parlamentlərarası əməkdaşlığının inkişafı və yaradılacaq yüksək səviyyəli parlamentlərarası komissiyanın iş perspektivləri müzakirə olunacaq. 

Xatırladaq ki, müvafiq komissiyanın yaradılmasına dair təşəbbüs ötən ilin iyununda Bakıya rəsmi səfəri çərçivəsində Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin tərəfindən irəli sürülüb. 

Daha sonra Vyaçeslav Volodin bu məsələni oktyabrda Antalyada keçirilən Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovla da müzakirə edib. Söhbət zamanı hər iki tərəf bu məsələdə eyni mövqe sərgiləyərək bildiriblər ki, Azərbaycan prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putinin intensiv görüşləri iki ölkənin parlamentləri arasındakı əməkdaşlığın da möhkəmləndirilməsi üçün nümunə olmalıdır. O zaman Volodin bildirmişdi ki, parlamentlərarası komissiyanın yaradılması üzrə işlər artıq yekun mərhələdədir. (Azvision.az)

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə