ABŞ-dan Bəşər Əsədə müraciət

ABŞ-dan Bəşər Əsədə müraciət
“Qoşunların çıxarılması ABŞ-ın kimyəvi silah üzrə mövqeyindən döndüyünü ifadə etmir”

Amerika qoşunların Suriyadan çıxarılması ABŞ-ın kimyəvi silahdan istifadə üzrə mövqeyindən döndüyünü ifadə etmir.

Bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton İsrailə səfəri zamanı bildirib.

"ABŞ-ın Suriya rejiminin kimyəvi silahdan istifadə etməsinə qarşı mövqeyində tamamilə heç bir dəyişiklik yoxdur. Bizim kimyəvi silahın istənilən istifadəsinə çox ciddi cavab verilməsi üzrə də mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Buna görə rejimin, Əsəd rejiminin bu məsələyə dair heç biz illüziyası olmamalıdır. Biz hazırda qoşunların çıxarılmasının həyata keçirilməsi üzrə detallar və şəraitlər üzərində işləyirik, amma biz istəmirik ki, Əsəd rejimi gördüyümüz işləri bizim kimyəvi silahdan istifadəyə qarşı mövqeyimizdən dönməyimiz kimi dəyərləndirsin", - C.Bolton deyib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə