Bakı əhalisinin qeyri-ərzaq məhsullarına xərclədiyi pul

Bakı əhalisinin qeyri-ərzaq məhsullarına xərclədiyi pul

2018-ci ilin yanvar-noyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar- noyabr ayları ilə müqayisədə 3,4 faiz artaraq 17 milyard 568,6 milyon manat olub.

REAL-ın xəbərinə görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 7 milyard 949,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,4 faiz artaraq 9 milyard 619,5 milyon manata bərabər olub.

İstehlak məhsullarının 24,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 61,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 33,1 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 19,3 faiz az istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə