İlin iqtisadi yekunları (VİDEO)

İlin iqtisadi yekunları (VİDEO)

2018-ci il bir il əvvəl təşəkkül tapmış ümumi iqtisadi sabitlik üzərində müsbət meyllərin inkişaf etməsilə yadda qaldı. 

2018-ci ildə baş verən ən mühüm müsbət iqtisadi hadisələr sırasına birinci Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin nəzərdə tutulduğu vaxtda istifadəyə verilməsini qeyd etmək olar. Tikintisinin birinci fazasının başa çatdırıldığı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Xəzər dənizində demək olar, hər mənada ən böyük limandır.

Kompleksin Ələtdə tikilməsi də təsadüfi deyil. Bu ərazi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və Limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, ərazinin mühüm nəqliyyat qovşağına, yeni geniş logistik məkana çevrilməsinə imkan yaradır.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə