“Qızıl Pəri” sahiblərini tapdı (VİDEO)

“Qızıl Pəri” sahiblərini tapdı (VİDEO)
Kino və TV üzrə peşə mükafatı təqdim edildi

Azərbaycan Professional Kinorejissorlar Gildiyasının təsis etdiyi, “Azərbaycanfilm” kinostudiyası, Azərbaycan Aktyorlar Gildiyasının, Azərbaycan Prodüserlər Gildiyasının dəstəyi ilə 3 ildən bir keçirilən Qızıl Pəri Kino və televiziya üzrə milli peşə mükafatının təqdim etmə mərasimi keçirildi.

Mərasimdə 24 nominasiya üzrə mükafatlar sahiblərinə təqdim edildi. Bunların sırasında “Ən yaxşı sənədli film”, “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı prodüser işi”, “Ən yaxşı musiqi”, “Ən yaxşı rəssam işi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı tələb işi” və digər nominasiyalar vardı. Qaliblər 35 nəfərin daxil olduğu gizli səsvermə yolu ilə müəyyənləşib.

Bundan əlavə xüsusi mükafatlar çərçivəsində Milli Kinonun inkişafına görə mükafat Xalq artisti, kinorejissor Yalçın Əfəndiyevə, milli televiziyanın inkişafına görə isə xalq artisti Vasif Babayevə təqdim edildi.

Qeyd edək ki, “Qızıl Pəri” Kino və televiziya üzrə milli peşə mükafatı ilk dəfə 2015-ci ildə, dünya kinosunun 120 illiyi ərəfəsində keçirilib. Bu ilki Qızıl Pəri isə Azərbaycan kinosunun 120 illik yubileyinə təsadüf edib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə