Ən çox izlənən verilişlər

ABŞ səfirinin Bakıdan sirli gedişi

"Azərbaycanda keçirilən prezident seçkilərindən əvvəl ABŞ səfirinin birdən-birə Vaşinqtona çağırılması bizi çox təəccübləndirdi". Bunu Real TV-yə müsahibəsində Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib. Prezidentin köməkçisinin sözlərinə görə, ABŞ-dan təcili çağırış səfirin özünü də təəccübləndirmişdi. “İndi düşünürəm ki, səfiri prezident seçkilərindən əvvəl ona görə çağırdılar ki, seçkilər vaxtı burada olmasın. Bu mənə çox qəribə gəldi. Səfirin özü də təəccübləndi. Təbii ki, səfir fəaliyyət müddətini başa vurmuşdu. Problem burada deyil. Amma o təbii proses kimi aprelin 15-də, mayın 20-də də Azərbaycandan gedə bilərdi. Həmişə seçkiləri müşahidə edən missiyanın tərkibində ABŞ-ın nümayəndəsi olurdu”, - deyə Novruz Məmmədov qeyd edib. Prezidentin köməkçisi Mir Şahinə müsahibəsində vacib məqamlara toxunub.

Digər verilişlər