Devalvasiyanin “cərimə zərbəsi” - EKSKLÜZİV

“Azərbaycan futbolunun Avropa arenasında uğurları az deyil. Məsələn, “Qəbələ” Avropa Liqasının qrup mərhələsində, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində iştirak etdi. Kənardan belə düşünmək olar ki, Azərbaycan çempionatı heç də zəif deyil. Amma çempionatımızın səviyyəsi çox aşağı düşüb”. Real-a eksklüziv müsahibəsində Milli komandanın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatı ilə bağlı narazılığını bildirib. Onun sözlərinə görə, son illər ərzində Azərbaycan keyfiyyətli futbolçuların sayı da azalıb. “4-5 il əvvəl Azərbaycanda çox keyfiyyətli futbolçular var idi. Çempionluq uğrunda mübarizə aparan minimum 5-6 klubumuz var idi. Hər biri də çox iddialıydı. Klublar xarici mütəxəssislər gətirirdilər, tanınmış futbolçular gəlirdi. Belə şəraitdə yerli futbolçuların da inkişaf etməsi çox rahat olur. Əfsuslar olsun ki, son illər həm komandalarımızın sayı azaldı, həm də keyfiyyətli legionerlər ölkəmizə az sayda gəlməyə başladı. Bu isə yerli futbola böyük zərbə vurur. Doğrudur, bəzi nüanslar var ki, bunun qarşısını ala bilmərik. Ölkədə baş verən devalivasiya iş adamlarına çox böyük təsir etdi. Belə olan halda bəlkə də ən böyük zərbə futbola dəydi. Çünki futbol kollektiv oyunudur, hər klub pul xərcləyir. İl boyu maddiyyat tələb edir. Açığı deyim bu gün bunun acısını çəkirik”.

Ən çox izlənən verilişlər
Digər verilişlər