Ən çox izlənən verilişlər

Eynulla Fətullayev KİV-ə nəzarət barədə: Bu məğlubiyyətdir

Azərbaycanda hərbi vəziyyət şəraitində kütləvi informasiya vasitələrinin fəaliyyəti ilə bağlı qaydalarda dəyişiklik ediləcək. Bununla bağlı Milli Məclisin mədəniyyət komitəsinin iclasında “Kütləvi İnformasiya Vasitələri haqqında" qanuna əlavələr müzakirəyə çıxarılacaq. Əlavələr təsdiqləndikdən sonra hərbi vəziyyət dövründə, habelə hərbi vəziyyət tətbiq edilən ərazilərdə KİV-ə xüsusi fəaliyyət rejimi tətbiq olunacaq. Mövzu ilə bağlı “Real Vaxt” verilişində Haqqin.az və Virtualaz.org analitik-informasiya portallarının rəhbəri Eynulla Fətullayevlə müzakirələr aparılıb. Eynulla Fətullayev KİV-ə məhdudiyyətlərin qoyulmasının doğru olmadığını bildirib. “Türkiyə ordusu Afrində əməliyyat həyata keçirdi. Əməliyyatlar zamanı Türkiyə telekanllarında reportajlar yayımlanırdı, canlı yayım olurdu. Bilirsiniz, o yerdə ki, susqunluq var, məhdudlaşdırıcı tədbirlər həyata keçirilir, orada əks tərəfin informasiyası yayılacaq. Burada heç jurnalsitika qaydalarına da fikir vermək lazım deyil. Adi məntiqi nəticədir: sən susursansa, düşmən danışacaq. Və sənin vətəndaşın düşmənin ötürdüyü informasiyanı əldə edəcək. Bu məğlubiyyət deməkdir”, - deyə Eynulla Fətullayev qeyd edib.

Digər verilişlər